Bəzi marketoloqlar “marketinqin məqsədi – qazanc deyil” deyirlər. Düzdür bu fikirlə bütün marketoloqlar razılaşmırlar. Belə ki, marketinq aləmində reklamın məqsədinin qazanc olmadığı bərədə düşünmək düz olmaz. Bəzi marketoloqların qeydlərində reklamın qazanc gətrmədiyi barədə yazılara da rast gəlmək olur. Bunun səbəbi isə bəzi reklamların pul sərfiyyatına səbəb olmasıdır. Pul sərfiyyatı isə bəzən şirkətin maliyə cəhətdən zərərə düşməsinə səbəb olur.
Marketinq və psixologiya
Marketinq barədə danışılan zaman malın sosial mexanizmlərlə bazara çıxarılması nəzərdə tutulur. Sosial psixoloqların baxış nöqteyi nəzərindən marketinq fəaliyyətinin əsas hissəsini reklam təşkil edir. Bu zaman mallar birbaşa və ya dolayı yollarla satışa çıxarılır. Bu sosial şəbəkələrdə aktiv adamların simasında mütəmadi olaraq həyata keçirilir. Reklam psixologiyasına qaznac və çoxlu sayda sosial əlaqələri cəlb etmək kimi təşkil edilən ekonomik fəaliyyət kimi baxmaq olmaz. Bu sosial motivasiyanı təşkil edərək ətrafdakı insanların diqqətini cəlb etməkdir. Bu zaman cəlb olunan adamların başqa tanışlarını da bu istiqamətə yönləndirilməsi lazım gəlir. Sosial mediada reklamın təşkil olunmasının əsas məqsədi bundan ibarətdir.
Marketinq qazanc əldə etmək vasitəsidir.
İqtisadçıların fikrincə marketinq fəaliyyəti qazanc əldə etməkdən ibarətdir. Bu nəzər nöqtəsindən baxarkən marketinqlə iqtisadçıların məşğul olması daha uyğun hesab edilir. Marketinqin ilk dəfə meydana çıxdığı Amerikada onunla iqtisadçıların məşğul olması və qazanc götürməsi normal hesab edilir. Amerika iqtisadçıları bu ideya ilə iş görür, mallarını satır və qazanc əldə edirlər
(Kotler F.,1995; Uells U., Bernet DJ., Moiarti S.,1999; Assel Q.,1999)
Biznes üçün yanlız pul lazımdır?
Marketinq və reklam – bu iş və geri əlaqə deməkdir Professor İ.Y. Rojkov yazmış olduğu ” Geri əlaqə kanalları vasitəsilə reklam” kitabında marketinq və reklam barədə qeydlər yazmışdır. Burada o məqsədli və strateji yollarla nəzarətli və nəzarətsiz bütün reklam taktikalarının malların idxal olunması üçün faydalı olduğunu qeyd edir. Buradan belə nəticəyə gəlmək olur ki, marketinq bazar tələbatına uyğun olmalı və düzgün korreksiya edilməlidir. Belə ki, bazar tələbləri ilə ayaqlaşmadıqda və onun qanunlarına tabe olmadıqda qazancdan söhbət gedə bilməz.
Marketinq reklam - bazarda qələbə çalmaq deməkdir
Elmi maraqlar, psixologiya, sosiologiya, teologiya haqqında 50-dən çox monoqrafiyanın müəllifi, filosof alim Antonio Meneqetti öz kitablarının birində reklam haqqında bir çox sözlər yazmışdır. Onun yazdıqlarına görə bütün dünyanın diqqət və marağının reklama cəlb olunması reklam müəlliflərinin qazancının artmasına, nəzərə çarpmayan inkişafa səbəb olur.
Müasir günümüzdə diqqəti özünə çəkə bilən hər bir obraz qiymətə minir və ətrafdakılardan üstün olur. Bu qeydlərə A. Meneqettinin “ Sistem və şəxsiyyət”, “Biznesin psixologiyası” kitablarında rast gəlmək mümkündür.
Professor O. A. Feofanov reklam haqqında bunları yazmışdır.” İstənilən işə, istənilən şəxsiyyətə, istənilən hadisəyə biznes məqsədiləmaska geydirmək mümkündür.”
Reklam hakimiyyət deməkdir. Marketinqlə məşğul olduqda adi məqsədlər üçün hər yerdə, hər zaman reklamla məşğul olan zaman qazanc əldə etmək mümkün olmur.
Professor O. A. Feofanov buna misal olaraq imic məqsədilə olan reklamları ”istifadəçinin psixologiyasına təsir etmə, onu manipulyasiya etmə və hisslər ilə təsir etmə” kimi qeyd edir. Belə ki, bazarlama sayəsində hakimiyyəti ələ almaq kiçik biznesin inkişafına, malların tez bir zamanda satılmasına və marketoloqların qazanc əldə etməsinə səbəb olur. Biznesin inkişaf etməsində isə marketinqlə birlikdə büdcə kəsirlərinin olmaması, istehsal olunan malların keyfiyyətli olması və çalışan kadrların səhvsiz işləməsinin rolu böyükdür.
Marketinqdə əsas məqsəd reklam sahəsində hakimiyyəti əldə etməkdir. Marketinq təyin olunmuş motivlər üzrə fəaliyyət göstərərək alıcıların diqqətinin ona qarşı yönəltməkdən ibarətdir. Reklamın yaxşı olması isə marketinqlə məşğul olanlara pul verənlərdən asılı olur. Nə qədər ehtiyac olarsa, bir o qədər də razı qalar , işində yüksələr və qazanar.
Bir sözlə, reklam fəaliyyəti nə qədər çoxşaxəli olarsa, qazanc o qədər çox, gəlir isə sərfəli olar.
Buna görə də hörmətli marketinq mütəxəssisləri, reklam-da hakimiyyəti ələ alın, alıcılar cəlb edin, tələbatı ödəməyə çalışın, əlinizdə olanlardan daha çoxunu əldə etməyə çalışın və bazara sahiblik edin.
smm-seo.az