Yəqin ki, siz İnternet vasitəsilə mal alıb onu geri qaytardıqada satıcının pul itirdiyi barədə baş verən hadisələrin şahidi olmusunuz.

1 Şriftin ölçüsünü böyüdün
Satılacaq mal barədə məlumatların kiçik hərflərlə yazılması çoxlu müştəri itkisinə səbəb olur.
Bunun səbəbi isə insanların ekranda kiçik hərflərlə yazılan yazıları oxduğu zaman tez yorulmalarıdır. Kiçik şriftlərlə yazılan yazılar az diqqət cəlb edir. Mütəxəssislər malı reklam edərkən ən azı 14 piksel ölçü ilə yazmağı məsləhət bilir. Bu fənddən yanlız başlıqlar deyil, reklamlar və səhifə boyu yazılar yazarkən də istifadə etmək lazımdır.

2 Səhifəni bütünlüklə doldurun
Alıcını satılan mal barədə yaxından tanış etmək və müştərini əldən buraxmamaq  üçün səhifəni bütünlüklə yazılarla doldurmaq lazımdır. Səhifənin effektiv işləmək üçün isə Optimize Press-dən istifadə etmək lazımdır.

3 Diqqəti saytın üst hissəsinə yönəldin
Satış barədə ən vacib məlumatı veb-saytın üst hissəsində iri hərflərlə qeyd edərək alıcı diqqətini cəlb etmək mümkündür. Bu gün əksər insanlar diqqətini yanlız bir şeydə cəmləşdirə bilir. Bunun üçün səhifənin başlıq hissəsi cəlbedici və oxuyanlara təsiredici olmalıdır.

4 Cəlbedici yazın
Səhifədə yazılar elə yazılmalıdır ki, oxuyucunu özünə cəlb eləsin. Yazılan cümlələr elə seçilməlidir ki, oxucu satışa qoyulan malı almağa çalışsın.

5 Oxucuya”Hədiyyə” təklif edin 
Əksər bloqerlər oxucuya pulsuz elektron kitab hədiyyə edirlər. Bu həmişə ağaılabatan təklif sayılmır. Bunun üçün çoxlu vaxt sərf eləmək lazım gəldiyinə görə siz kitabdakılar barədə qısa məlumat da yaya bilərsiniz. Bu zaman isə siz alıcıya sizin e-mail ünvanınıza yazmağı məsləhət bilin.

6 Əks əlaqə tələbindən uzaq durun
Oxucuya “hədiyyə” təklif edən zaman bunun müqabilində ondan adını və elektron poçt ünvanını öyrənin. Əgər siz bu məlumatları elektron kitab təklif etdikdən sonra öyrənmək istəsəniz istədiyinizi əldə edə bilməyəcəksiniz. Oxucuların yanlız 20%-i kitabı oxuduqdan sonra özlərini təqdim edirlər.

7 Hərəkət nöqtəsini dəyişin
Satış həyata keçirmək istəyərkən görüntünü və adı qeydə alan zaman dəyişdirmək mümkündür. Əgər sizin saytda qeydiyyat hissə
“Sign Up” adlanırsa siz öz potensial qazancınızdan imtina edin. Bu zaman müxtəlif ideyalarla qeydiyyat adını dəyişə bilərsiniz.

8 Nə qədər az olarsa, bir o qədər yaxşı olar
Bu sözləri biz bir çox işləri həyata keçirən zaman təkrarlayırıq.  İnternet saytınızda olan məlumatlarla, şərtlərlə razılaşmaq barədə yazılar varsa o zaman oxucu sizin saytı qısa bir zamanda tərk edəcək.

9 Partnyor əlaqələri gizlilik, yoxsa aşkarlıq?
İki növ müştəri var. Birinci növ müştərilərlə əlaqə mübadiləsi aparılır. Onların bu barədə məlumatları olur. İkincilər isə işin şəffaflığına şübhə ilə yanaşılır. Buna görə də partnyor əlaqələri zamanı oxucu ilə şəffaflığı qoruyub saxlamaq lazımdır. Gizlilik 70% hallarda oxucularda inandırıcılıq yaratmır.

10 Təsəvvür edin
Marketinqin qanunlarından biri budur: satıcı müştərini malın yaxşı olmasına, onunla iş əlaqəsindən məmmun olmasına inandırmalıdır. Ən yaxşı qərar isə satış səhifəsində “Bizim haqqımızda” ”Kompaniya haqqında” məqalələrin olmasıdır. Bu məqalələr saytın panelində sizin yaxşı əhval-ruhiyyə ilə çəkdirdiyiniz şəkllə bərabər olmalıdır.

11 Öz təcrübələrinizdən istifadə edin
Bu fənd elə də vacib hesab edilmir, amma, siz öz saytınlıza çoxlu sayda izləyici və müştəri cəlb etmək istəyirsinizsə onu tətbiq edə bilərsiniz. Bu sizin satışda olan maldan istifadə etməyiniz barədə olan məlumatdır. Saytda bu barədə məlumat yaymaq alıcının diqqətini cəlb edir və  satışın artmasına səbəb olur. Məlumatda siz oxucunu bu barədə digərləri ilə paylaşmağını da qeyd edirsiniz.

12 Əlaqələrdən istifadə edin
Əlaqələr satışın artmasını sürətləndirir. Müştəri sizdən başqalarının mal almadığını görərsə, o digər tanınmış ünvanlara üz tutacaq. İnternet əlaqələrinin olması zamanı satışın çox olmasına baxmayaraq, həddindən çox əlaqələr sahvlərin meydana çıxmasına səbəb olur. Çox sayda əlaqələrin olmasındansa az və keyfiyyətli əlaqələr daha məqsədəuyğun hesab olunur. Satdığınız  mal barədə yerli mətbuatda və ya kanallarda söhbət açılıbsa, o zaman internet saytınızda bu barədə alıcıya məlumat verməyiniz sizin xeyrinizədir.

13 Başa düşüləcək dildə danışın
Saytda müştərilərlə danışan zaman üzün manerasına və danışığa diqqqət yetirmək lazımdır. Müştəri toplamaq istəyənlər alıcılarla öz dostları ilə danışırlarmış kimi söhbət etməlidirlər. Bu həm elektron poçt, həm telefon, həm də görüntülü vasitə zamanı  özünü göstərməlidir. Danışıqlar aparan zaman malın keyfiyyətli olması, brendin etibarlılığı barədə də söhbət açılmalıdır.

14 Vizual görüntüyə üstünlük verin
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək misalına uyğun olaraq müştəri ilə birbaşa görüşmək və malı ona təqdim etmək satış həcminin yüksəlməsinə səbəb olur. İnternet vasitəsilə müştərilərlə görüntülü əlaqə saxladıqda müştəri özünü komfortlu hiss edir.

15 Növbədə birinci alıcıdır
Siz nə edirsinizsə edin, hansı qərarı verirsinizsə verin, ilk növbədə müştərinin haqqı əsas tutulur. Sizin gördüyünüz hər bir şey onun faydası üçün olmalıdır. Yeni malların gəldiyi, endirim kompaniyalarının baş verdiyi zaman siz müştəriləri məmun salmaq üçün siyahı yazmalısınız. Burada müştərinin xeyrinə olan qeydlər aparılmalıdır. Yadda saxlamaq lazımdır ki, sizin saytınızdakıları oxuyan müştərilər öz problemlərini və ehtiyaclarını həll etmək üçün müraciət edirlər. Bir sözlə internet üzərindən satış həyata keçirərkən qazanc əldə etməyə tələsməyin.
Səbirli olmaq sizin uğurunuza səbəb olacaq.

smm-seo.az