Sayt üçün necə məqalə yazmaq lazımdır ki, sonradan bu məqaləni oxuyub ona sərf edilən zamana və pul sərfiyyatına heyfslənməyəsən.

Müasir günümüzdə internet şəbəkələrində məqalə yazaraq paylaşan insanlar və jurnalistlər müxtəlif məlumatları, əyləncəli yazıları , analitik resursları insanlara çatdırır.
Bu məqalələrin diqqət cəlb eləməsi və daha çox insan tərəfindən oxunması üçün 5 qızıl qaydaya əməl etmək lazımdır.

1 - Məqalənin başlığı
İnternetdə məqalələr Kontakt, Facebook və s. kimi şəbəkələrdə paylaşılır. Məqalə yazan zaman onun sadə olmamasını diqqət mərkəzində saxlamaq lazımdır. Yazılan mətndə intiriqa yarada biləcək sözlərin olması oxucunun diqqətini özünə cəlb edir. Əgər məqalənin başlığı cəlbedici açar sözlərdən ibarət olmasa o zaman məqaləni üç gün internetdə saxladıqdan sonra adını daha cəlbedici və parametrli sözlərlə əvəz etmək lazımdır.
Bu zaman SEO-nun parametrlərini genişləndirmək lazımdır. SEO (Search Engine Optimization) saytın axtarış sistemində müxtəlif vasitələrlə hərəkətlilik, optimizasiya yaradaraq  insan axınının məqaləyə  yönəltməkdir.
Əksər hallarda paylaşılan məqalə ilk üç gün ərzində çox oxucu toplayır sonra isə oxucu sayı günü-gündən azalmağa başlayır.
Bu zaman isə SEO məqalənin oxunması üçün oxucuların sayınn artırılması istiqamətində hərəkətə başlayır.

2 - Başlıq şəkil
İnternetdə məqalənin çoxlu sayda oxucu cəlb etməsi üçün onun başlıq şəkli cəlbedici olmalıdır. Şablon və istifadə edilmiş şəkillərdən istifadə etmək məqaləni məhv edə bilir. Həddindən çox müdrik görünən şəkil də anlaşımaz olur və məqalənin oxunması üçün gözlənilən effekti vermir. Əgər siz şəxsi biznesin nümayəndəsinizsə o zaman şəxsi şəkillərinizdən ibarət silsilə şəkillər çəkin və məqalənin yanında paylaşın. Məqalənin yanında Google və Yandexdən götürülmüş şəkillərdən istifadə etmək şəkillərin əsil sahibi ilə problemlərin baş verməsinə səbəb ola bilər. Google İmage-dən şəkil götürmək istədikdə xarici saytlardan istifadə etmək daha məqsədə uyğun hesab edilir. Almaniya saytlarından şəkil götürmək müəllif tərəfindən problemlərin meydana çıxmasına səbəb olmur.

3 - Açar sözlərdən istifadə etmək
İnternetdə məqalə paylaşarkən wordstat. Yandex. Ru. və bu kimi brauzerlərdən istifadə etmək məsləhət görülür. Əgər siz axtarış sistemində məqalənizin tapılaraq oxunmasını istəyirsinizsə o zaman onu ən iri axtarış sistemlərində paylaşın.  Bəzən məqalənin maraqlı olmasına baxmayaraq onun oxunmaması da ola bilir. Yandex servisində açar sözlərdən istifadə etmək xüsusi biliklər tələb edir. Yüksək effektivli məqalə yazmaq istədikdə bu mövzu haqqında mütləq araşdırmalar aparmaq lazımdır.

4 - İstifadəçilərin suallarını analiz etmək
İşə başlamazdan əvvəl oxucunun hansı mövzuya maraq göstərdiyini araşdırıb öyrənmək lazımdır. Məsələn, Tesla Model X. elektromobili haqqında məqalə yazmaq istəyərkən maşının ölkənizdə təqdimatı barədə geniş məlumat yazmaq, bu maşın barədə başqa ölkələrdə danışılan sözləri də qeyd etmək lazımdır. Bir müddət sonra isə maşın sizin ölkənizin bazarlarına çıxarıldıqda komersiya saytlarının işinə ehtiyac duyulacaq. Bu zaman axtarışa müraciət etmək cətinləşəcək. İkinci bir misalı avokado ağacı barədə söyləmək olar. Düşünək ki, oxucu avokado ağacı barədə məlumat toplamaq istəyir. Əksər hallarda insanlar avokado ağacının ev şəraitində becərilməsi barədə məlumat toplamaq istəyəcək. Buna görə də məqaləni yazarkən bunu nəzərə almaq lazımdır.

5 - Başa düşüləcək dildə  və maraqlı yazmaq
Yazı yazmağa başlayarkən kurs və diplom işi yazmadığınızı yadınıza salın. Çünki, insanlar maraqlı hadisələri, etirafları və dəqiq yazıları oxumağı xoşlayır. Əgər oxucu fikirləşsə ki, sizin məqaləıniz onun vaxtını alır, o zaman onu oxumayacaq. Əgər siz  maraqlı məqalə yazmaq istəyirsiniz və bu sizdə yaxşı alınmırsa o zaman digər müəlliflərin yazılarına müraciət edin. Müxtəlif birja saytlarında müxtəlif müəlliflərin çoxlu məqalələrinə müraciət etmək mümkündür.